23 Aprel 2024
60 yaşa çatıb, deyir ki, heç nəyim yoxdur... - Xəyyam Nisanovdan SƏRT SÖZLƏR

60 yaşa çatıb, deyir ki, heç nəyim yoxdur... - Xəyyam Nisanovdan SƏRT SÖZLƏR

16 Dekabr 2021
Baxış: 1919

Müğənni Xəyyam Nisanov MTV Azərbaycan kanalında yayımlanan “Üzə-düz” verilişində qonaq olub.

AJMEDİA.İNFO xəbər verir ki, Xəyyam Nisanov ailəsindən danışıb: “12 yaşımda atamı itirmişəm, atasız böyümüşəm. Anam mənə qürurlu, güclü olmağı, başımı uca tutmağı öyrədib. Tamaşaçılar məni güclü görürsə, bunun səbəbkarı anamdır. İllərlə bərkidim.

Atam dostu ilə Qubaya yas yerinə gedirdi, o zaman qəzada dünyada dəyişdi. Həmin hadisədən bir neçə ay öncə ailəlikcə Amerikaya, ordandan da Türkiyəyə getdik. Sən demə, bu bizim son birgə istirahətimiz imiş. Atam birinci gün qəzaya düşmüşdü. Ayda iki-üç dəfə onun məzarını ziyarət edirəm. Həyatımda olan bütün hadisələri onunla bölüşürəm. Yeganə insandır ki, onunla virtual olaraq danışıram. İnanıram ki, o, səsimi eşidir".

Xəyyam Nisanov həmkarları arasında varlı müğənni olmasına da münasibət bildirib: “Deməzdim ki, ən varlı kişi sənətçilərindənəm. Bizim o qədər varlı müğənnilərimiz var ki... Azərbaycanda kasıb müğənni yoxdur. Maşallah, hər kəsin yetəri qədər evləri, maşınları var. Efiri açanda isə görürük ki, ağlayırlar. Kimsə əgər fikirləşirsə, xarici markalı avtomobilini digər xarici avtomobilə dəyişmək problemdir və bu kasıbçılıqdır, mən belə hesab etmirəm.

Mənim musiqiçilərimin hərəsinin bir yox, iki avtomobili, yeni tikilmiş binada mənzilləri var. 20 ildir bu işin içindəyəm, hamını gözəl bilirəm. Təəccüblənirəm ona görə ki, hansı ki, tanınmış ifaçı çıxıb deyir ki, çörək tapa bilmir. Yəqin illər ərzində planlarını düzgün qura bilməyiblər. 60 yaşa çatıb, deyir ki, heç nəyim yoxdur. Dünyaca məşhur ulduzlar nə qədər vergi verirlər, bundan xəbəri olan var? Onlar gəlirlərinin 50 faizini vergiyə verirlər. Mən 2008-ci ildən vergi ödəyicisiyəm!”.

İfaçı həyat yoldaşından da danışıb: "Konservativ insanam. Nəinki həyat yoldaşım, anam, bacılarıma qarşı da eləyəm. Qız övladlarım olandan sonra daha da konservativ olmağa başladım. Onların üzərində daha da böyük məsuliyyətim var. Qızlarıma qarşı ciddi olacam, qadağalarım mütləq olacaq. Yəqin ki, ona hazır olacaqlar. Həyat yoldaşıma deyirəm ki, sən güclü olmalısan. Qadın özünə güvənməlidir. Maşallah, ali savadlı qızdır. Xanımımla aramızda 13 yaş fərq var. Yaşın heç bir fərqi yoxdur. Əsas odur ki, bir-birimizi başa düşək, güzəştə gedək. 5 il ərzində aramızda heç bir mübahisə olmayıb . Qısqanclıq normaldır. Özümü evdə ulduz kimi yox, həyat yoldaşı kimi aparıram. Həyat yoldaşımın zövqü mənə çox önəmlidir, onunla tez-tez məsləhətşirəm".

Xəyyam Nisanov konsert verəcəyini də deyib: “Yeni komandamla birgə Heydər Əliyev sarayında solo konsert verməyi nəzərdə tuturam. Sonuncu solo konsertim 2011-ci ildə olub. Bundan 10 il keçib. Artıq hazıram, repertuarımız da var. Məşqlər də olur. Pandemiya ilə bağlı vəziyyət düzəlsin, konsertim reallaşacaq”.(Teleqraf.com)