27 Yanvar 2022

Azerbaijan, Baku

2°C/8°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

30 ildir ümid yeri yağış suyu olan sakinlər - VİDEO

30 ildir ümid yeri yağış suyu olan sakinlər - VİDEO

04 Dekabr 2021
Baxış: 291

Gəncədə 300-dən artıq ailənin yaşadığı qəsəbə 30 ilə yaxındır su üzünə həsrətdir.

AJMEDİA.İNFO xəbər verir ki, bu ərazidə yaşayan sakinlər suya olan tələbatlarını ancaq yağış suyunun hesabına ödəyirlər. Elə ona görə də burada yağış yağanda toy-bayram olur.

Yağış yağmayanda isə sakinlər suya olan tələbatlarını şəxsi vəsaitləri hesabına su maşınları vasitəsilə ödəməyə çalışır. Bu isə onların maddi durumuna ağır təsir göstərir. Əhali dəfələrlə aidiyyəti qurumların qapısını döyüb.

Artıq uzun zamandır ki, sakinlər Gəncə ilə Göygöl arasında var-gəl edir.

Qurumlar problemin həllini bir-birinin üzərinə atır. Çünki yaşayış massivi Gəncə şəhər Nizami rayonu ərazisində yerləşsə də, qəsəbə Göygöl rayonuna bitişikdir.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı şifahi şəkildə bildirib ki, qeyd olunan əraziyə çalışdığı qurum xidmət göstərmir.

Həmin şəxslər “Azərsu”ya yox, Gəncə şəhər Nizami rayon bələdiyyəsinə müraciət etməlidirlər. Nizami bələdiyyəsindən isə bildirilib ki, bu torpaqlar onlara verilməyib.

Daha ətraflı Baku TV-nin süjetində:

Teqlər: Gəncə