29 Mart 2024
“3 dəqiqəyə məhv edə bilərik!” - Putin bu ölkələri HƏDƏLƏDİ

“3 dəqiqəyə məhv edə bilərik!” - Putin bu ölkələri HƏDƏLƏDİ

22 İyun 2022
Baxış: 575

Rusiya lideri Vladimir Putin dünyanı təhdid etməyə davam edir.

AJMEDİA.İNFO bildirir ki, bu dəfə o, Böyük Britaniyanı cəmi 3 dəqiqəyə vura biləcək yeni “Satan II” nüvə raketini 2022-ci ilin sonuna qədər yerləşdirməklə hədələyib. Kremldə hərbi məktəb məzunlarının dəvəti ilə çıxış edən Putin Ukraynada davam edən işğalda məğlub olan Rusiya ordusunu gücləndirməyə davam edəcəyini bildirib. O həmçinin, əsgərlərinin qəhrəmanlar kimi döyüşməsini yüksək qiymətləndirib.

Putin bildirib ki, Rusiya ilin sonuna kimi Sarmat ballistik raketlərinin ilk partiyasını döyüş növbəsinə buraxacaq. “Sarmat” raketi kimi tanınan “Satan II” dünyanın ən uzun mənzilli qitələrarası ballistik raketi kimi tanınır. Bu raketlər 11,200 mil uzaqlıqdakı, yəni ABŞ və Avropadakı hədəfləri asanlıqla vura bilir.

Qeyd edək ki, Putin bundan əvvəl aprel ayında uğurla sınaqdan keçirilmiş raketin hazırlanmasını Rusiyanın müdafiə sənayesi üçün “böyük və mühüm hadisə” adlandırmışdı. O, Sarmat raketlərini təqdim edərkən Rusiyanı təhdid edəcək ölkələrin bir daha düşünməli olduğunu bildirmişdi.(sfera)