29 Mart 2024
20 manatlıq əskinaslar YENİLƏNDİ - Nə vaxt tədavülə buraxılacağı AÇIQLANDI

20 manatlıq əskinaslar YENİLƏNDİ - Nə vaxt tədavülə buraxılacağı AÇIQLANDI

04 Noyabr 2021
Baxış: 2896

Azərbaycan Mərkəzi Bankı “Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıq əskinasının yenilənməsini həyata keçirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, yeni əskinasların növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur.

“Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri - Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilib”, - deyə o, qeyd edib.