23 Aprel 2024
19 yaşlı hərbçimiz Qubada dəfn olundu – VİDEO

19 yaşlı hərbçimiz Qubada dəfn olundu – VİDEO

22 Dekabr 2021
Baxış: 471

Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Nəsirov Müşfiq Əjdər oğlu qulluq etdiyi hərbi hissədə elektrik cərəyanı vurması səbəbindən ötən gün dünyasını dəyişib.

AJMEDİA.İNFO xəbər verir ki, Müşfiq Nəsirov 2002-ci ildə Quba rayonunun Yuxarı Tüləkəran kəndində anadan olub. Onun iki bacısı, bir qardaşı var idi və Nəsirovlar ailəsinin ən kiçiyi idi.

O, 2020-ci ilin oktyabr ayında Qubadan hərbi xidmətə yola düşüb.

Müşfiq Nəsirov 2022-ci ilin aprel ayında hərbi xidməti başa vuraraq geri yollanacaqdı.

Daha ətraflı Baku TV-nin süjetində: