20 Aprel 2024
11 Sentyabr terroruna dair bəzi sənədlər açıqlana bilər

11 Sentyabr terroruna dair bəzi sənədlər açıqlana bilər

03 Sentyabr 2021
Baxış: 514

ABŞ-da 11 sentyabr hücumuna aid bəzi sənədlərin üzərində məxfilik qrifi götürülə bilər.

AJMEDİA.İNFO xəbər verir ki,belə ki, ölkə prezidenti Co Bayden həmin sənədlərin icmalının yenidən nəzərdən keçirilməsi ilə bağlı göstəriş verib.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” terrorçuları tərəfindən qaçırılan iki təyyarə Nyu-Yorkdakı əkiz qüllələr kimi tanınan Dünya Ticarət Mərkəzi binalarına çırpılıb.

Daha bir təyyarə isə Pentaqonun üzərinə düşüb. Terror aktı 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib. (tass)